RU

23 illik taxtını itirdi: Toyota artıq Yaponiyanın ən dəyərli şirkəti deyil

Yaponiyada "Nikkei 225" indeksi 67 min bəndi aşaraq rekord qırdığı bir vaxtda, süni intellekt ralisinin (sürətli yüksəlişinin) təsiri ilə "SoftBank Group" ölkənin ən dəyərli şirkətinə çevrilib. Bununla da "Toyota" ölkədə 23 ildir qoruyub saxladığı bazar dəyəri liderliyini itirib.

Bənzər liderlik dəyişimi ən son Yaponiyada internet bumu (dot-com köpüyü) dövründə - 2000-ci ildə, özü də çox qısa bir müddət üçün yaşanmışdı.

Milli.Az xəbər verir ki, Tokioda keçirilən birja əməliyyatlarında şirkətin səhmləri %14 yüksəlib. Yaşanan rali sayəsində ilin əvvəlindən bəri %90-dan çox dəyər qazanan "SoftBank"-ın bazar dəyəri 48 trilyon yeni ötüb.

Eyni dövr ərzində səhmləri %10-dan çox dəyər itirən "Toyota"-nın bazar dəyəri isə təxminən 46 trilyon yen səviyyəsində qalıb.

Bu tarixi hadisə investorların süni intellekt investisiyalarından gəlir əldə edən şirkətlərə necə böyük bir sürətlə yönəldiyini aydın şəkildə nümayiş etdirir.

İki nəhəngin taleyini nə dəyişdi?
Makroiqtisadi çətinliklər və geosiyasi gərginliklər avtomobil sektoruna təzyiq göstərdiyi halda, süni intellekt dalğası texnologiya sektorunu önə çıxarıb. Bazar mütəxəssislərinin fikrincə, iki yapon nəhənginin taleyinin fərqlənməsinə aşağıdakı amillər səbəb olub:

"Phillip Securities Japan" araşdırma mərkəzinin rəhbəri Kazuhiro Sasakinin sözlərinə görə, bu tarixi inkişaf süni intellekt partlayışının rəmzi xarakterini daşıyır. ABŞ-də gözlənilən nəhəng ictimai təkliflər kapitalın yenidən paylanmasını tətikləyib.

"Invesco Asset Management Japan" strateqi Tomo Kinoşita qeyd edir ki, "SoftBank" öz idarəetmə resurslarını süni intellekt yönümlü işlərə cəmləşdirib və qlobal texnologiya ralisindən uğurla faydalanıb.

Digər tərəfdən, "Toyota" İran müharibəsi səbəbindən yüksələn neft qiymətlərindən mənfi təsirlənib. Artan yanacaq xərcləri avtomobillərin istismar xərclərini yüksəldərək qlobal avtomobil tələbatına maneə törədir.

Mütəxəssislərin fikrincə, əgər ilin növbəti dövrlərində neft qiymətləri geriləyərsə, avtomobil sektoru yenidən dəstək tapa bilər və iki şirkət arasındakı dəyər fərqi bağlanar. Lakin uzunmüddətli perspektivdə üstünlük texnologiya şirkətlərindədir. Süni intellektlə əlaqəli şirkətlərin daha yüksək qiymətləndirmələrlə ticarət olunacağı və Yaponiya fond bazarındakı çəkilərinin getdikcə artacağı gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
34
olaylar.az

1Источники