RU

Biletləri 50 minə satıldı, səhnədə cəmi 20 dəqiqə qaldı Video

Qafqazinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Dünyaca məşhur reper Trevis Skottın İstanbulda keçirilən konserti tədbirdən sonra geniş müzakirələrə səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, bilet qiymətlərinin bəzi kateqoriyalarda 50 min türk lirəsinə qədər (təxminən 1851 manat) yüksəldiyi konsertdə reperin səhnədə cəmi 20 dəqiqə qalması tamaşaçıların narazılığına yol açıb.

Belə ki, Travis Skott planlaşdırılan vaxtdan təxminən bir saat gec səhnəyə çıxıb. Saatlarla gözləyən pərəstişkarlar qısa proqramın gözləntiləri doğrultmadığını bildiriblər.

Konsert zamanı Travis Skottun üzünü örtən aksesuarlardan istifadə etməsi də sosial mediada müzakirələrə səbəb olub. Bəzi istifadəçilər bunun səhnə obrazının bir hissəsi olduğunu qeyd etsələr də, digərləri sənətçinin tamaşaçılarla vizual təmasdan qaçdığını iddia ediblər.

Tədbir konsertdən əvvəl də yüksək bilet qiymətləri ilə gündəmə gəlmişdi. İddialara görə, bəzi biletlərin qiyməti 50 min lirəyə qədər yüksəlib, ikinci əl satış bazarında isə daha yüksək məbləğlər tələb olunub.

Konsertdən sonra sosial mediada minlərlə paylaşım edilib. İştirakçıların əhəmiyyətli hissəsi ödədikləri məbləğlə müqayisədə gözlədikləri səhnə performansını görmədiklərini bildirib. Konsertin qısa davam etməsi, gec başlaması və məhdud səhnə proqramı ən çox tənqid olunan məqamlar arasında yer alıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
42
qafqazinfo.az

1Источники