RU

Millinin futbolçusunun “Zirə”dən ayrılma SƏBƏBİ

futbolpress-az saytına istinadən ain.az xəbər verir.

Azərbaycan millisinin futbolçusu Ceyhun Nuriyev “Zirə”dən ayrılıb. Yarımmüdafiəçi ilə müddəti başa çatan müqavilə uzadılmayıb.

Nuriyev “Futbolpress.az“a açıqlamasında ayrılığını şərh etdi:

“Son vaxtlar az şans qazanırdım. Bu, qərarımda əsas faktor oldu. Başqa təkliflərim var və onları dəyərləndirmək qərarı aldım. Gələcəyimlə bağlı qərarı verməmişəm hələ. Maraqlananlar həm yerli, həm xarici klublardır. Dəqiqləşən nəsə olmadığı üçün fikir bildirmək istəmirəm”.

Nuriyev 2024-cü ildən “Zirə”də çıxış edirdi. O, daha əvvəl 2020-2023-cü illərdə “Sabah”ın formasını geyinib.

25 yaşlı futbolçu Azərbaycan millisində 13 oyuna çıxıb.

Şahin Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
42
futbolpress.az

1Источники