RU

Ballistik raketlərlə vurulan Kiyevdə xeyli dağıntılar var

Yazını böyüt
Yazını kiçilt

Kiyevə hava hücumları nəticəsində paytaxtın Podol rayonunda qeyri-yaşayış təyinatlı binada yanğın baş verib.

Hafta.az xəbər verir ki, bu barədə Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko “Telegram” səhifəsində bildirib.

Bundan başqa, raketin qalıqları çoxmərtəbəli yaşayış binasına düşərək dağıntılara səbəb olub. İlkin məlumata görə, dağıntılar altında insanların qaldığı ehtimal edilir. Hadisə nəticəsində yaralananlar var.

Obolon rayonunda isə pilotsuz uçuş aparatının qalıqları uşaq bağçasının ərazisinə düşüb. Həmçinin avtomobil dayanacağında yanğın baş verib.

Şevçenko rayonunda yaşayış binasının ikinci və üçüncü mərtəbələrində yanğın qeydə alınıb.

Избранный
34
5
hafta.az

9Источники