RU

ABŞ İranla əlaqələri kəsməsi üçün Omana təzyiq göstərir

ABŞ

Amerika hakimiyyəti Omandan "tərəf seçməyi" və İranla diplomatik əlaqələri kəsməyi tələb edir.

Xalqcebhesi.az xəbər verir ki, bu iddia ilə "The Wall Street Journal" qəzeti öz mənbələrinə istinadən çıxış edib.

Nəşrin bildirdiyinə görə, Vaşinqton Maskatın İslam Respublikası ilə münasibətlərini artıq özü üçün düşmən mövqe kimi qəbul etməyə başlayıb. Bu yaxınlarda kəşfiyyatın Omanın guya İranla birgə Hörmüz boğazından keçid üçün rüsum (haqq) yığmağı planlaşdırdığı barədə qənaətə gəlməsindən sonra, ABŞ Prezidenti Donald Trampın administrasiyası Omanı sanksiyalar və hətta bombalanma ilə hədələyib. Qəzet qeyd edir ki, Oman bu cür iddiaları dəfələrlə təkzib edib.

Qəzetin yazdığına görə, Oman rəsmiləri Vaşinqton tərəfindən özlərinə qarşı göstərilən bu qəfil düşmənçilikdən "şoka düşüblər" və Amerika hakimiyyətinin bu addımına qarşı cavab tədbirləri üzərində işləyirlər.

Nəşr onu da əlavə edir ki, aqressiv ritorikaya baxmayaraq, Tramp administrasiyası İrana verdiyi dəstəyə görə Omana hücum etməyi planlaşdırmır.

Məryəm Quliyeva

Избранный
56
1
xalqcebhesi.az

2Источники