RU

ABŞ Avropada əlavə nüvə vasitələrinin yerləşdirilməsini müzakirə edir

ABŞ

ABŞ, müttəfiqlərini Amerikanın təhlükəsizlik zəmanətlərinin etibarlılığına inandırmaq məqsədilə, NATO xətti ilə Avropa ölkələrində əlavə nüvə vasitələrinin yerləşdirilməsi imkanlarını nəzərdən keçirir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Britaniyanın "Financial Times" qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Onların verdiyi məlumata görə, Vaşinqton həm adi, həm də nüvə silahı daşıya bilən əlavə ikili təyinatlı təyyarələri (DCA — Dual-Capable Aircraft) Avropa ərazisində yerləşdirməyə hazır olduğunu bəyan edib. Qeyd olunur ki, bu danışıqlar genişmiqyaslı dəyişikliklərə səbəb olmaya bilər, çünki ABŞ Prezidenti Donald Trampın administrasiyası Avropa ölkələrinin hərbi yardımın kəskin şəkildə azaldılması ilə bağlı narahatlıqları fonunda, sadəcə NATO-dakı müttəfiqləri üçün nüvə çətirini qoruyub saxlamaq əzmində olduğunu nümayiş etdirməyə çalışır.

Nəşrdə qeyd olunduğu kimi, NATO-nun nüvə resurslarının bölüşdürülməsi proqramına Belçika, Almaniya, İtaliya, Niderland, Türkiyə və Böyük Britaniya daxildir ki, onların da ərazisində Amerikanın DCA təyyarələri yerləşdirilə bilər. Alyansın şərq cinahının nümayəndələri, o cümlədən Polşa və Baltikyanı ölkələr proqrama qoşulmaqda maraqlı olduqlarını bəyan ediblər. Qəzetin mənbələri dəqiqləşdirib ki, yaxın gələcəkdə belə bir sazişin imzalanması ehtimalı olduqca azdır.

Məryəm Quliyeva

Избранный
42
1
xalqcebhesi.az

2Источники