RU

Robert Abela üçüncü dəfə Maltanın Baş naziri seçilib

Ayna portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Abela and içərək rəsmi olaraq üçüncü dəfə Baş nazir vəzifəsinin icrasına başlayıb

Maltada Leyborist Partiyasının lideri, Baş nazir Robert Abela üçüncü dəfə bu vəzifəyə yenidən seçilərək and içib. AYNA.AZ xəbər verir ki, bu barədə  "The Times of Malta" qəzeti məlumat yayıb.

1 iyunda Abela Prezidentin və ailəsinin iştirak etdiyi mərasimdə and içərək rəsmi olaraq üçüncü dəfə Baş nazir vəzifəsinin icrasına başlayıb.

Rəsmi hissədən sonra Abel Baş nazirin ofisinə gedib, Valletta küçələrində bu münasibətlə toplaşan tərəfdarlarını salamlayıb və onlarla şəkil çəkdirib.

Ötən həftə sonu  Maltada keçirilən növbədənkənar ümumi seçkilərdə Leyboristlər partiyası ardıcıl dördüncü dəfə qalib gəlib.

Robert Abela  2020-ci ildən bəri Baş nazirdir və onun Leyborist Partiyası 2013-cü ildən hakimiyyətdədir.

Abela, jurnalist Dafne Karuana Qaliziyanın qətlindən sonra yaranan siyasi böhran fonunda istefa verməyə məcbur olan Cozef Muskatı əvəz etmişdi.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
42
ayna.az

1Источники