RU

ABŞ Omandan İranla əlaqələri kəsməyi tələb edir

Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ administrasiyası Omandan “tərəf seçməyi” və İranla diplomatik münasibətlərini dayandırmağı tələb edir.

Bizimyol.info xəbər verir ki, bu iddia ilə "The Wall Street Journal" qəzeti mənbələrə istinadən çıxış edib.

Qəzetin məlumatına görə, Vaşinqton Maskatın İran İslam Respublikası ilə münasibətlərini artıq öz maraqlarına zidd addım kimi qiymətləndirir. Bildirilir ki, ABŞ Prezidenti Donald Trampın administrasiyası kəşfiyyat məlumatlarına əsaslanaraq Omanın guya İranla birlikdə Hörmüz boğazından keçid üçün ödəniş toplamağı planlaşdırdığı qənaətinə gəlib. Bu səbəbdən Vaşinqtonun yaxın vaxtlarda Omana qarşı sanksiyalar tətbiq etməklə yanaşı, hətta bombardman təhlükəsi də səsləndirdiyi iddia olunur. Nəşr qeyd edir ki, Oman tərəfi bu ittihamları dəfələrlə təkzib edib.

Qəzet yazır ki, Oman rəsmiləri Vaşinqtonun onlara qarşı qəfil sərgilədiyi düşmən münasibətdən “şoka düşüblər” və ABŞ hakimiyyətinin bu addımına cavab variantlarını nəzərdən keçirirlər.

Bununla belə, nəşrin vurğuladığına görə, sərt və aqressiv ritorikaya baxmayaraq, Tramp administrasiyası Omanın İrana verdiyi dəstəyə görə bu ölkəyə hərbi hücum etməyi planlaşdırmır.

Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
53
bizimyol.info

1Источники