RU

Avropa çempionatı: Azərbaycan millisi 1/4 final oyununa çıxır

BAKI, 2 iyun. TELEQRAF

Azərbaycan millisi Avropa çempionatında 1/4 finala çıxır

Minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında bu gün 1/4 final oyununa çıxacaq.

Teleqraf xəbər verir ki, Elşad Quliyevin rəhbərlik etdiyi komanda Çexiya yığması ilə üz-üzə gələcək.

“Tipos Arena”da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Bu cütün qalibi yarımfinalda Rumıniya – Serbiya duelinin güclüsü ilə qarşılaşacaq.

1/4 final mərhələsində həmçinin Macarıstan – Bolqarıstan və Gürcüstan – Ukrayna oyunları da keçiriləcək.

Qeyd edək ki, Azərbaycan millisi 1/8 finalda Qazaxıstan yığmasını 3:2 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib. F qrupunda mübarizə aparan komandamız Avstriya (1:0), İtaliya (3:0) və Fransa (3:2) üzərində qələbə qazanıb.

Избранный
50
9
teleqraf.com

10Источники