RU

AÇ-2026: Azərbaycan millisi Çexiya ilə 1/4 final matçına çıxır

Azərbaycanın minifutbol millisi Slovakiyada keçirilən Avropa çempionatında bu gün 1/4 final oyununa çıxacaq.

Fanat.Az xəbər verir ki, Bratislavada baş tutacaq matçda Elşad Quliyevin baş məşqçisi olduğu komanda Çexiya ilə üz-üzə gələcək.

"Tipos Arena"da baş tutacaq görüş Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. 

Bu gün keçiriləcək digər 1/4 final oyunlarında Rumıniya Serbiyayla, Macarıstan Bolqarıstanla, Gürcüstan Ukrayna ilə münasibətlərinə aydınlıq gətirəcək. Millimiz Çexiyanı mübarizədən kənarlaşdıra bilsə, yarımfinalda Rumıniya - Serbiya duelinin güclüsü ilə görüşəcək.

Xatırladaq ki, Azərbaycan millisi 1/8 finalda Qazaxıstan yığmasından güclü olub - 3:2. Komandamız F qrupunda Avstriya (1:0), İtaliya (3:0) və Fransanı (3:2) məğlub edib.

AÇ-2026
1/4 final
2 iyun

00.00. Çexiya - Azərbaycan
Bratislava. "Tipos Arena". 

Избранный
4
6
fanat.az

10Источники