Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tikilməkdə Olan Müəssisələrinin Müdiriyyəti Ağstafa Rayon Mərkəzi Xəstəxanasının ərazisində 60 çarpayılıq korpusun tikintisinin layihə-smeta sənədlərinin hazırlanması xidmətinin satın alınmasını həyata keçirib.
Banker.az xəbər verir ki, müvafiq xidmət üzrə bağlanmış müqavilənin icrası “AZ.Arxitektura” MMC-yə həvalə olunub.
Müqavilənin dəyəri 129 800 manat təşkil edir.
Layihə çərçivəsində xəstəxana ərazisində inşa ediləcək 60 çarpayılıq korpus üçün layihə-smeta sənədləri hazırlanacaq.