RU

Trampİranla bağlı istehzalı paylaşım etdi



Dünən ABŞ prezidenti Donald Tramp "Truth Social" platformasında paylaşım edərək, İranla bağlı kəskin ifadələr işlədib və eyni zamanda Amerika mediasını və Demokratlar Partiyasını hədəfə alıb. Tramp paylaşımında İranın tam təslim olması ilə bağlı istehzalı ssenari təsvir edərək bildirib ki, Tehran bütün hərbi qüvvələrinin məğlub olduğunu etiraf etməli, silahları yerə qoymalı və təslimiyyət sənədlərini imzalamalıdır. ABŞ prezidenti daha sonra bəzi Amerika media qurumlarını tənqid edərək onların hadisələri təhrif etdiyini iddia edib. O, Demokratlar Partiyasının və bir sıra media qurumlarının vəziyyəti düzgün qiymətləndirə bilmədiyini və reallıqdan uzaqlaşdığını bildirib. Tramp paylaşımının sonunda "Demokratlar və media tamamilə yollarını azıblar. Onlar tamamilə dəli olublar" ifadəsini işlədib.
Избранный
29
baki-xeber.com

1Источники