Rauf Əliyev “Qarabağ”ı tərk edib.
O, Ağdam təmsilçisinin 16 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi postundan ayrılıb.
Son üç ili burada keçirmiş gənc çalışdırıcı bundan sonra “Şəfa“da fəaliyyət göstərəcək.
Əliyev növbəti mövsümdən etibarən Premyer Liqada mübarizə aparacaq paytaxt klubunun yeni sükançısı Zaur Həşimovun dəvəti ilə belə addım atıb.
Millinin keçmiş hücumçusu Hacı Əhmədovla bərabər məşqçi korpusunda yer alıb.
SPORTİNFO.AZ
