“Opta” superkompüteri milli komandaların DÇ-2026-nı qazanmaq şanslarını qiymətləndirib.
Publika.az xəbər verir ki, superkompüterin versiyasına görə, İspaniya millisinin qarşıdan gələn turniri qazanmaq ehtimalı ən yüksəkdir – 16,1%. Fransa ikinci (13%), İngiltərə isə üçüncüdür (11,2%).
Dünya Çempionatında qalib gəlmək üçün 10 favorit:
İspaniya – 16.1%. Fransa – 13%. İngiltərə – 11.2%. Argentina – 10.4%. Portuqaliya – 7%. Braziliya – 6.6%. Almaniya – 5.1%. Niderland – 3.6%. Norveç – 3.5%. Belçika – 2.4%.