RU

Azərbaycan millisi 1/4 final matçına çıxır - Avropa çempionatı

style='margin-bottom:10px;'>

Bu gecə Azərbaycanın minifutbol millisi Slovakiyada keçirilən Avropa çempionatında 1/4 final oyununa çıxacaq.

QOL.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu komanda Çexiya ilə qarşılaşacaq.

"Tipos Arena"da keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-da start götürəcək. Cütün qalibi yarımfinalda Rumıniya - Serbiya duelinin güclüsü ilə üz-üzə gələcək.

Xatırladaq ki, Azərbaycan millisi 1/8 finalda Qazaxıstan yığmasından güclü olub - 3:2. Komanda F qrupunda Avstriya (1:0), İtaliya (3:0) və Fransanı (3:2) məğlub edib.

Избранный
52
7
teleqraf.com

10Источники