RU

30 illik axtarış nəticə verdi:Naxçıvanın qədim tarixinə dair tapıntı - FOTO

Otuz illik elmi-arxeoloji axtarışdan sonra Naxçıvanın qədim tarixi ilə bağlı İlandağ yazısı tapılıb.

 

Pravda.az xəbər verir ki, bu barədə AMEA-nın müxbir üzvi,  tarix elmləri doktoru Vəli Baxşəliyev sosial şəbəkə hesabında paylaşım edib.

 

O bildirib ki, təşkil olunan arxeoloji səfər zamanı Naxçıvanın qədim tarixi ilə bağlı olan İlandağ yazısı 30 illik axtarışdan sonra tapılıb. Bu yazıda Urartu hökmdarı İşpuini və Menuanın Naxçıvana hərbi səfəri haqqında məlumat verilir:

 

"Onların indiki Ərəzin kəndindən keçərək, Araz çayının cənubunda Pluadi ölkəsində Tanrı Xaldiyə kurban kəsilməsindən bəhs edilir. Araşdırmalar göstərir ki, Urartuların Naxçıvana hücumları uğursuz olub. Sisianda tapılan yazıdan məlum olur ki, Naxçıvanda möhkəmlənən Etiuni konfederasiyası onlara xərac verməklə öz müstəqilliyini qoruyub saxlayıb”.

Tarix: 2 İyun 2026, 09:41   
Избранный
8
4
pravda.az

5Источники