Gürcüstanda denge virusuna yoluxma halı qeydə alınıb.
Ölkədə denge virusuna yoluxmuş bir pasiyent aşkarlanıb. Xəstənin vəziyyəti ilə bağlı ətraflı məlumat açıqlanmayıb.
Denge qızdırması ağcaqanad sancması vasitəsilə ötürülür. Xəstəliyin inkubasiya dövrü adətən 5–7 gün davam etsə də, bəzi hallarda iki həftəyə qədər uzana bilər.
Əsas simptomlar arasında qəfil üşütmə, bədən hərarətinin 39–41 dərəcəyədək yüksəlməsi, güclü baş ağrıları, eləcə də əzələ və oynaq ağrıları yer alır.
Musavat.com