RU

İsraili Beyruta hücumdan dayandırmaq üçün bu ölkə hərəkətə keçib

İsrailin Beyrutun cənub ətraflarına hücumlarının qarşısını almaq və Livanda atəşkəsi möhkəmləndirmək üçün vasitəçiliyi Qətər hakimiyyəti edib.

Musavat.com xəbər verir ki, məlumatı diplomatik mənbəyə istinadən “Əl-Cəzirə” yayıb.

Mənbənin məlumatına görə, Qətər rəsmiləri 31 mayda vasitəçilik səylərinə qoşularaq Cənubi Livanda gərginliyin azaldılmasını asanlaşdırmaq üçün Amerika tərəfi ilə əlaqələrə başlayıblar. 1 iyunda İsrailin Beyrutun cənub ətraflarına hücum təhdidlərindən sonra Doha belə bir hücumun qarşısını almaq məqsədi ilə məsləhətləşmələri bərpa edib.

Mənbənin qeyd etdiyinə görə, Vaşinqton Qətər tərəfinə ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahu arasında telefon danışığından sonra Livan paytaxtının yaxınlığındakı ərazilərə zərbə endirmək planlarının ləğv edildiyini bildirib.

Musavat.com

Избранный
20
musavat.com

1Источники