RU

Kurban Berdiyevin istəmədiyi futbolçu Rəşad Sadıqovun yanına gedir?

“Turan Tovuz”un gələcək planlarına daxil olmayan futbolçu Premyer Liqanın başqa klubuna keçə bilər.

İdmanxeber.az-a verilən məlumata görə, söhbət Xəyal Nəcəfovdan gedir. 28 yaşlı yarımmüdafiəçi “Zirə”nin maraq dairəsindədir. Qəsəbə təmsilçisi təcrübəli futbolçunu heyətinə qata bilər.

Hələlik tərəflər arasında razılıq yoxdur. Ancaq “qartallar”ın baş məşqçisi Rəşad Sadıqov onun çıxışını bəyənir. Bu səbəbdən də futbolçunun komandasını dəyişmək ehtimalı yüksəkdir.

Nəcəfovun Tovuz klubu ilə müqaviləsi yayda başa çatır. Onun baş məşqçi Kurban Berdiyevin planlarına daxil olmadığı bildirilir.

Yarımmüfaiəçi böyük ehtimal növbəti mövsüm “Turan Tovuz”da olmayacaq. 

Nəcəfov ötən mövsüm “Turan Tovuz”un heyətində bütün turnirlərdə 21 oyunda forma geyinib və 2 assist edib.

Избранный
8
1
idmanxeber.az

2Источники