RU

Bakıda axtarışda olan maşınınPOLİSƏ TABESİZLİK GÖSTƏRƏN SÜRÜCÜSÜ SAXLANILDI

Paytaxtın Binəqədi rayonu ərazisində axtarışda olan "Hyundai" markalı, 99-QP-750 dövlət qeydiyyat nişanlı avtomobilə yol polisi əməkdaşları tərəfindən "saxla" işarəsi verilib.

 

Senzor.az bildirir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Bölməsindən məlumat verilib.

 

Qeyd olunub ki, ödənilməmiş cərimə öhdəliyinə görə saxlanılması və mühafizə olunan duracağa yerləşdirilməsi ilə bağlı qərara baxmayaraq, konstruksiya dəyişikliyi edilmiş nəqliyyat vasitəsini idarə edən 24 yaşlı Sabir Əliyev polis əməkdaşlarının qərarın icrası üzrə qanuni tələblərinə əməl etməyərək tabesizlik göstərib.

 

Amma onun qanunsuz hərəkətlərinin qarşısı alınıb və  aidiyyəti üzrə ərazi polis şöbəsinə aparılması təmin edilib.

 

Sürücü barəsində qanunvericiliyə uyğun olaraq hüquqi məsuliyyət tədbirləri görülür. 

Избранный
23
26
senzor.az

10Источники