RU

Sabiq rəis müavini Ruhin Tağıyevdən pul alıb? — İDDİA

Müdafiə Nazirliyinin Tibb İdarəsinin sabiq rəis müavini, ehtiyatda olan polkovnik Oktay Babayevlə bağlı yeni iddialar ortaya çıxıb.

Demokrat.az Bakıvaxtı.az-a istinadən xəbər verir ki, Oktay Babayevin Silahlı Qüvvələrin Baş Klinik Hospitalının Mərkəzi Tibbi Arxivinin və Müdafiə Nazirliyinin Tibbi Sənədlər Arxivinin sabiq rəisi, ehtiyatda olan mayor Ruhin Tağıyevlə bağlı hərəkətləri ilə əlaqədar ciddi iddialar səsləndirilir.

İddialara əsasən, ordu sıralarından ehtiyata buraxılmaq niyyətində olan Ruhin Tağıyevlə Oktay Babayev arasında bir sıra görüşlər və söhbətlər baş tutub. Həmin söhbətlər zamanı Babayevin Tağıyevə hərbi xidmətini davam etdirməsinin daha məqsədəuyğun olduğunu bildirdiyi, ona gələcəkdə daha yüksək vəzifəyə təyinat veriləcəyini və müxtəlif karyera məsələlərinin həllində dəstək göstərəcəyini vəd etdiyi qeyd olunur.

Mənbənin bildirdiyinə görə, bu vədlərin həyata keçirilməsi məqsədilə Oktay Babayev tərəfindən Ruhin Tağıyevdən ümumilikdə 30 min manat məbləğində pul alınıb. İddialarda vurğulanır ki, sözügedən vəsait müxtəlif vaxtlarda və müxtəlif bəhanələrlə tələb edilərək əldə olunub. Lakin sonradan verilən vədlərin reallaşmadığı və vəsaitin geri qaytarılmadığı bildirilir.

Bununla yanaşı, mənbə Oktay Babayevin yalnız Ruhin Tağıyevlə deyil, digər şəxslərlə bağlı da oxşar fəaliyyət göstərdiyini iddia edir. Belə ki, onun müəyyən vəzifə təyinatları, xidmətlə bağlı məsələlərin həlli və digər inzibati prosedurlara təsir imkanlarına malik olduğu görüntüsü yaradaraq müxtəlif şəxslərdən ödəniş tələb etdiyi irəli sürülür.

Избранный
1
1
demokrat.az

2Источники