RU

BTC-nin operatorluğunun SOCAR-a ötürülməsi prosesi iyulun 1 tarixində tamamlanacaq

BAKI, 2 iyun. TELEQRAF

Müqavilə öhdəliyinə uyğun olaraq Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin operatorluğunun SOCAR-a ötürülməsi prosesi iyulun 1 tarixində tamamlanacaq. Plan üzrə irəliləyirik.

Teleqraf xəbər verir ki, bu barədə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, bu, müqavilə öhdəliyidir:

“Bu, BP-nin aktiv satışı deyil. Bu, sadəcə müqavilə şərtinin yerinə yetirilməsidir. SOCAR-ın operator olmasını görməkdən çox məmnunuq. SOCAR bu boru kəmərini çox yaxşı idarə etmək üçün kifayət qədər təcrübəyə və imkanlara malikdir. Buna görə də bu bizi sevindirir. Bakı-Supsa kəmərinin operarorluğunun ötürülməsi üzrə işlər də davam edir”.

Избранный
34
teleqraf.com

1Источники