RU

Dəhşətli ATIŞMA: HƏLAK OLANLAR VAR

Ajans.az xarici mediaya istinadən xəbər verir ki, hadisənin ailədaxili münaqişə zəminində baş verdiyi ehtimal edilir. Hüquq-mühafizə orqanlarının versiyasına əsasən, həlak olan şəxslərin hamısı şübhəli bilinən şəxsin qohumları ola bilər. Hadisə iyunun 1-də yerli vaxtla saat 12:12 radələrində qeydə alınıb. Hadisə yerinə gələn polis əməkdaşları əvvəlcə dörd nəfərin meyitini aşkar ediblər. Sonradan daha iki qurbanın cəsədi tapılıb – onlardan biri başqa evdə, digəri isə yaxınlıqdakı mağazada aşkar olunub. Polisin məlumatına görə, əsas şübhəli 52 yaşlı Rayan Makfarlanddır. O, daha sonra Missisipi çayı yaxınlığında yerləşən cığırda güllə yarası ilə tapılıb. Müstəntiqlər onun özünə atəş açaraq intihar etdiyini ehtimal edirlər.

Hazırda qurbanların şəxsiyyəti və yaşları açıqlanmayıb. Faktla bağlı araşdırma davam etdirilir.

Избранный
30
Ajans.az

1Источники