RU

Cio Kristofoli: Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyinin mühüm sütunlarından biridir

Bakı, 2 iyun, AZƏRTAC

Azərbaycanda formalaşan peşəkar potensial təkcə yerli layihələrin deyil, bp-nin müxtəlif ölkələrdəki fəaliyyətinin də dəstəklənməsində mühüm rol oynayır.

AZƏRTAC xəbər verir ki, bu sözləri bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofoli “Bakı Enerji Forumu”nda “Liderlərin çıxışları: Enerji transformasiyası və gələcək strategiyaları mövzusunda liderlərin mövqeyi” adlı sessiyada çıxışı zamanı deyib.

O əlavə edib ki, bu region dünya səviyyəli enerji mərkəzinə çevrilmək üçün bütün zəruri imkanlara malikdir.

“Region zəngin hidrokarbon ehtiyatlarına malikdir və qlobal enerji bazarında mühüm yer tutur. Bununla yanaşı, enerji resurslarının Qərb bazarlarına çatdırılması üçün yaradılmış infrastruktur yüksək etibarlılığı ilə seçilir”,- deyə o qeyd edib.

O vurğulayıb ki, bütün bu amillər regionun qarşıdakı onilliklərdə qlobal enerji mərkəzi kimi mövqeyini daha da gücləndirə bilər. Cio Kristofoli Cənub Qaz Dəhlizini enerji təhlükəsizliyinin mühüm sütunlarından biri kimi qiymətləndirib.

Foto - Səfiyar Məcnun
Operator - Mirrəsul Cəfərov
Избранный
16
2
azertag.az

3Источники