
Keniyanın mərkəzi hissəsində ABŞ-ın Ebola ilə bağlı karantin mərkəzi layihəsinə qarşı keçirilən etirazlar zamanı iki nəfər həyatını itirib. Məlumatı Reuters təhlükəsizlik mənbələrinə istinadən yayıb.
Bildirilir ki, hadisə ilə bağlı ölüm hallarının dəqiq səbəbi hələ müəyyən edilməyib və Keniyanın Milli Polisi məsələni şərh etməyib.
Nanyuki şəhərində yüzlərlə insan layihəyə qarşı küçələrə çıxaraq yolları bağlayıb, polisə daş atıb və yandırıcı materiallardan istifadə edib. Polis cavab olaraq gözyaşardıcı qaz tətbiq edib və bir neçə nəfəri saxlayıb.
Eyni zamanda, Nayrobi Ali Məhkəməsi layihənin icrasını müvəqqəti dayandırıb. Qərar hüquq müdafiəçiləri və səhiyyə qurumlarının ictimai müzakirənin yetərsizliyi və mümkün risklərlə bağlı iddiası fonunda verilib.
Keniya hökuməti isə layihənin beynəlxalq səhiyyə təhlükələrinə hazırlıq məqsədi daşıdığını və ölkənin tibbi imkanlarına uyğun olduğunu bəyan edib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта