RU

Günəşdə M sinifli güclü alışma qeydə alınıb

Bakivaxti portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İyunun 2-də səhər saatlarında Günəşdə güclü partlayış (alışma) qeydə alınıb.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə Tətbiqi Geofizika İnstitutu məlumat yayıb. Partlayışın gücü növlərinə görə sondan əvvəlki sinfə aid edilib.

İnstitutun rəsmi açıqlamasında bildirilir: "İyunun 2-də Moskva vaxtı ilə saat 07:45-də rentgen diapazonunda 5 dəqiqə davam edən M1.2 (S22E89) sinifli Günəş alışması qeydə alınmışdır".

Qeyd edək ki, Günəşdəki partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. Ən minimal sinif sayılan A0.0 dərəcəsi, Yer orbitində hər kvadratmetrə 10 nanovat şüalanma gücünə bərabərdir. Növbəti hər sinfə keçid zamanı isə bu güc 10 dəfə artır.

Bu cür partlayışlar Günəş plazmasının xaric olunması ilə müşayiət oluna bilir. Həmin plazma buludları Yer kürəsinə çatdıqda isə planetimizdə güclü maqnit qasırğalarına səbəb ola bilər.

Zeynəb Rzayeva

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
23
bakivaxti.az

1Источники