RU

Rövşən Hüseynlidən iki ayrılıq qərarı

sport24.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Azərbaycan futzalının tanınmış simalarından olan Rövşən Hüseynli karyerası ilə bağlı mühüm qərarlar verib. Sport24.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, təcrübəli qapıçı "Araz-Naxçıvan" klubu ilə yollarını ayırıb.

Mənbənin bildirdiyinə əsasən, tərəflərin ayrılığı baş tutsa da, bunun dəqiq səbəblərini öyrənmək mümkün olmayıb. Bununla belə, Hüseynlinin Naxçıvan təmsilçisindən müəyyən narazılıqla ayrıldığı qeyd olunur.

Bundan başqa, 34 yaşlı futzalçı Azərbaycan millisindəki karyerasını da başa vurmağa hazırlaşır. O, yaxın zamanda yığma ilə vidalaşmaq qərarını rəsmiləşdirə bilər.

Qeyd edək ki, Rövşən Hüseynli 2015-ci ildən Azərbaycan millisinin formasını geyinir. Təcrübəli qapıçı başa çatan mövsümdə "Araz-Naxçıvan"ın heyətində Yüksək Liqanın çempionu olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
11
sport24.az

1Источники