RU

Mənim başıb xarabdır, qanım XARAB DEYİL Oxuduğu dueti Youtube dan sildirdi

Milli.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Müğənni Əminə Şirin açıqlaması ilə diqqət çəkib.

Milli.Az xəbər verir ki, sənətçi qatıldığı televiziya proqramında son duet layihəsi ilə bağlı maraqlı etiraf edib. O bildirib ki, ifa etdiyi duet mahnısını "YouTube" platformasından sildirmək qərarı verib və eyni addımı digər sosial media hesablarında da atıb.

Əminə qeyd edib ki, mahnı qısa müddətdə kifayət qədər baxış toplasa da, müəyyən səbəblərdən layihəni bütün platformalardan yığışdırıb. Müğənni həmin şəxslə bağlı danışmaq istəmədiyini vurğulayaraq, həyatında ona mənfi təsir edən məsələləri kökündən silə bildiyini deyib.

Sənətçi sənət fəaliyyətinin yalnız tamaşaçılar üçün deyil, həm də ailəsinin dolanışığı üçün vacib olduğunu bildirib. Onun sözlərinə görə, gördüyü işin dəyərini anlamayan insanlardan uzaq durmağa üstünlük verir.

Əminə Şirin həmçinin keçmişdə həmin şəxslərlə müəyyən əməkdaşlıqlarının olduğunu xatırladıb. O, duet ifa etməsinə peşman olmadığını desə də, mahnını silmək qərarından da narazı olmadığını bildirib:

"YouTube"dan öz oxuduğum dueti sildirdim. Mahnı iki həftə ərzində çox yaxşı baxış toplamışdı. Həmin insan barədə danışmaq istəmirəm. Mən bir az dəli adamam. Başım xarabdır, amma qanım xarab deyil. Çəkdiyim əziyyəti bir anda silib atmağı bacaran insanam.

Mən sənətimlə yalnız xalqa xidmət etmirəm, eyni zamanda ailəmi də bu sənətdən qazandığım çörəklə dolandırıram. Kimsə bu işin dəyərini anlamırsa, əlbəttə ki, ondan uzaq durmalıyam. Çünki o, fərqində olmasa da, dolayısı ilə ailəmin ruzisinə təsir edir.

Kin saxlayan insan deyiləm. Hər kəs necə istəyirsə, elə də yaşayır. Mən heç kimə qarışa bilmərəm ki, mütləq mənim istədiyim kimi olsun.

10 il əvvəl onların dostlarının işlədiyi məkanda çıxış edib çörək qazanırdım və buna görə minnətdar idim. İllər keçdi, bu gün də həmin Aminayam və o insanla duet oxudum. Nə o dueti oxuduğuma peşmanam, nə də onu "YouTube"dan sildirdiyimə görə".

Müğənninin bu sözləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. İzləyicilər onun açıqlamalarına müxtəlif reaksiyalar verərək fikirlərini bölüşüblər.

Musa

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
16
5
news.milli.az

4Источники