RU

Dövlət başçısı geniş və məzmunlu çıxışı ilə Azərbaycanın enerji gündəliyini açıqlamış oldu



“Uzun illərdir ki, Azərbaycan təkcə fəal xarici siyasəti, aktiv diplomatik kursu, eyni zamanda qlobal miqyasda müşahidə edilən mənfi tendensiyaların qarşısının alınmasında təşəbbüskarlığı ilə deyil, həmçinin özünün nəticəyə hesablanmış enerji strategiyası ilə diqqət çəkir. Malik olduğu enerji resursları Bakını qlobal miqyasda daha cəlbedici edir”.

Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İlham Məmmədov “Bakı Enerji Həftəsi” çərçivəsində keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum”unu şərh edərkən səsləndirib. Sözügedən tədbirlərdə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin də iştirak etdiyini deyən millət vəkili bidirib ki, dövlət başçısı həmişəki kimi geniş və məzmunlu çıxışı ilə Azərbaycanın enerji gündəliyini açıqlamış oldu:

“Azərbaycanın enerji gündəliyi, bu sahədə əldə etdiyimiz uğurların başlanğıcı 1994-cü ilə təsadüf edir. Ulu Öndər Heydər Əliyevin gərgin əməyi, prinsipial mövqeyi və siyasi iradəsinin nəticəsi olaraq 1994-cü ilin sentyabrında imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın bu günkü inkişafı, qlobal miqyasda bütün istuqamətlərdə, xüsusilə də enerji sektorunda əldə etdiyi uğurların təməl daşı idi. Heydər Əliyevin uğurlu neft strategiyasının nəticəsidir ki, bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm faktora çevrilib. Bunu Bakı Enerji Həftəsində çıxışı zamanı dövlət başçısı bir daha ifadə etdi. Ölkə rəhbəri bildirdi ki, Avropa enerji bazarının əsas təminatçısı olan Cənub Qaz Dəhlizi vasitəsilə 16 ölkəyə Azərbaycan qazı tədarük edilir. Halbuki keçən il Azərbaycan qazı alan ölkələrin sayi 12 idi. Maraqlı detal isə ondan ibarətdir ki, Azərbaycan qazı alan ölkələrin 10-u Avropa İttifaqının üzvüdür. Nəzərə alsaq ki, Avropa İttifaqına üzv ölkələrin sayı 27-dir və onlardan 10-nun Azərbaycan qazını alması qurumun demək olar 50 faizinin enerji təhlükəsizliyinin təminatında ölkəmizin xüsusi rol oynadığı deməkdir. Cənab Prezidentin dediyi kimi, “Bu ölkələrin sayı, əlbəttə ki, artacaqdır. Boru xətti ilə qazın müxtəlif ölkələrə nəql edilməsi, ərazi və coğrafiya kimi parametrlərə baxsanız görərsiniz ki, biz dünyada birinciyik. Biz qaz təchizatımızı artıracağıq”. Azərbaycan qqazını alacaq ölkələrinin sayının artması isə heç şübhəsiz ki, Bakının qoca qitədə dostlarının, strtaeji tərəfdaşlarının sayının artması deməkdir”.

İlham Məmmədov deyib ki, Azərbaycanın enerji strategiyası təkcə yerləşdiyimiz coğrafiyada, Avropada deyil, ümumilikdə dünyada təqdir edilir, dəstəklənir:

“Dünyanın bir nömrəli gücü sayılan Birləşmiş Ştatların prezidenti Donald Trampın Bakı Enerji Həftəsinə məktub ünvanlaması bunun əyani təcəssümüdür. Ağ Ev rəhbərinin məktubu həm Azərbaycanın enerji strategiyasına okeanın o tayından verilən dəstək, həm də Bakı Enerji Həftəsinə olan diqqətdən irəli gəlirdi. Elə Prezident İlham Əliyev də çıxışında bildirdi ki, bu tədbirin əhəmiyyəti, həmçinin ABŞ Prezidenti Donald Trampın nəzakətli məktubunda əks olunub. Dövlət başçısının dediyi kimi bu bir daha göstərir ki, “Bakı Enerji Həftəsi” qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biridir. “Enerji məsələsini yenidən normal məcraya qaytardığına görə Prezident Trampa daha bir təşəkkür düşür. Hamımız bilirik ki, uzun illər neft və qaz hasilatı ilə məşğul olan ölkələr və şirkətlərə damğa vurulurdu, bəzən qarayaxma obyektinə çevrilirdilər, planetin dağıdılmasında ittiham olunurdular. Hər hansı əsas olmadan, ictimai rəylə küncə sıxışdırılırdılar. Prezident Tramp bu trendi dəyişdi və bu, həqiqətən əla hadisə oldu, çünki hamımız bilirik ki, hətta bəzi iri neft şirkətləri dırnaqarası müasir trendə uyğun olmaq xatirinə öz adlarını dəyişirdilər. Lakin reallıq tamamilə fərqlidir. Dünya faydalı qazıntı olmadan yaşaya bilməz. Hamımız daha yaxşı iqlimi, planetin qorunmasını istəyirik. Lakin bu gün biz praqmatik olmalıyıq, enerji təhlükəsizliyi və həmçinin bərpaolunan enerjiyə sərmayə yatırmaqla yanaşı, öz gələcəyimizi planlaşdırmalıyıq. Düşünürəm, irəliyə doğru aparan yol belədir!”,-deyə ölkə başçısı vurğuladı”.

Millət vəkili deyib ki, Azərbaycan təkcə ənənəvi enerji resurslarını inkişaf etdirmir, eyni zamanda alternativ enerji mənbələrinə də üstnülk verir. İlham Məmmədovun sözlərinə görə, külək və Günəş enerjisi layihələrinin icrası və bu istiqamətdə əldə edilən nailiyyətlər deyilənlərin təsdiqidir. Cənab Prezident qeyd etdi ki, artıq bir sıra layihələrimiz istismar mərhələsindədir. Gələn ilin sonunadək Günəş və külək enerjisi üzrə ümumi gücümüz 2 giqavata çatacaq. 2032-ci ilin sonunadək isə bu göstərici 8 giqavat təşkil edəcək.

Süleyman
Избранный
27
1
newscenter.az

2Источники