RU

“Qış Parkı” avtodayanacağında aparılan yenilənmə işləri ilə bağlı “AzParking”dən RƏSMİ AÇIQLAMA

“AzParking” tərəfindən sürücülərə daha rahat və müasir parklanma təcrübəsi təqdim etmək məqsədilə bəzi xüsusi parklanma ərazilərində yeni parklanma sisteminə keçid işləri həyata keçirilir.

Bu barədə Redaktor.az-a “AzParking”dən məlumat verilib.

"Bu keçid prosesi çərçivəsində “Qış Parkı” avtodayanacağında ödəniş prosesində müvəqqəti çətinliklər müşahidə olunur. 
Aparılan işlərin məqsədi parklanma prosesinin daha səmərəli idarə olunmasını təmin etmək, xidmət keyfiyyətini artırmaq və sürücülərə daha rahat ödəniş imkanları təqdim etməkdir. 

Qeyd edək ki, "Azadlıq Meydanı", "Mərkəzi Park" və "Gənclik Avtopark" avtodayanacaqlarında bu keçid prosesi artıq uğurla tamamlanıb. Həmin avtodayanacaqlar "Parkzone" sistemi ilə avtomatlaşdırılıb və sürücülər çıxış zamanı ödənişlərini "AzParking" mobil tətbiqi vasitəsilə rahat şəkildə həyata keçirə bilirlər.

İstifadəçilərimizin göstərdiyi anlayış və səbir üçün təşəkkür edir, yaranmış müvəqqəti narahatlığa görə bir daha üzr istəyirik", - deyə açıqlamada qeyd olunub.

Избранный
4
2
redaktor.az

3Источники