RU

“Regional güclər arasında maraq toqquşması dərinləşir” POLİTOLOQ

Gununsesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Trampa təcili İranla atəşkəs sənədi imzalamaq lazımdır ki, Hörmüz boğazı açılsın və ABŞ İranın dəniz blokadasını götürə bilsin”.

Gununsesi.info bildirir ki, bunu politoloq Asif Şəfəqqətov deyib:

“Artıq onun boğazın açılmasından başqa şərti qalmayıb. İndi onu İranın nə raket, nə nüvə proqramı, nə də şiə qruplaşmalarına dəstəyi maraqlandırır.

Ona yalnız iyun–iyul aylarında planlaşdırılan tədbirlər zamanı neft qiymətlərinin aşağı olması maraqlıdır. Buna görə də o, nəyin bahasına olursa-olsun 60 günlük atəşkəsə nail olmaq istəyir.

Bu isə Netanyahuya sərf etmir, çünki Tramp ilə bağlanan atəşkəs şərtləri nəinki onun İranla bağlı planlarına ziddir, hətta Livan və Qəzza ilə bağlı planlarını da alt-üst edir. Buna görə də Netanyahu min bəhanə ilə İranla atəşkəs sənədinin imzalanmasına mane olur və olacaq.

İran isə Trampın çətin vəziyyətdə olduğunu bilir və atəşkəs sənədini imzalamaq üçün sərt, lakin haqlı tələblər irəli sürür. Məsələn, deyir ki:

▪️ Bütün cəbhələrdə, o cümlədən Livanda və Qəzzada İsrail işğalı dayandırılmayınca və qoşunlarını geri çəkməyincə atəşkəs danışıqlarına başlamayacaq.

▪️ ABŞ 30 gün müddətində İranın dondurulmuş aktivlərindən 12 milyard dollarını qaytarmayınca boğazı açmayacaq. Boğazı açandan sonra növbəti 30 gün ərzində qalan 12 milyardı da qaytarmasa, boğazı yenidən bağlayacaq.

Tramp İranın şərtlərini qəbul etməyə hazırdır, amma hələlik İsrail buna imkan vermir.

İran isə bu yolla ABŞ-la İsrail, Tramp ilə Netanyahu və ABŞ daxilində müxtəlif siyasi qruplar arasında gərginliyi artırır”.

Günay

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
5
icma.az

1Источники