RU

Bakı şəhərinin su təchizatı ilə bağlı iki pilot layihə həyata keçirilir

"Biz Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ilə əməkdaşlıq sazişi imzalamışıq və enerji səmərəliliyi sahəsində təşəbbüslərimizin icrasına məhz onlarla başlamışıq. Bunun əsas səbəbi Agentliyin ölkənin ən böyük elektrik enerjisi istehlakçılarından biri olmasıdır".
 
Moderator.az xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov Bakı Enerji Forumu çərçivəsində keçirilən "ESCO Enerji Səmərəliliyi və İnvestisiya Platforması: beynəlxalq ESCO təcrübəsinin Azərbaycanın iri enerji istehlakçıları ilə birləşdirilməsi" adlı tədbirdə bildirib.
 
 
O qeyd edib ki, hazırda Bakı şəhərinin su təchizatını təmin edən nasos stansiyalarında iki pilot layihə həyata keçirilir:
 
"Dövlət Su Ehtiyatları Agentliyi ilə əməkdaşlıq strategiyamız bir neçə istiqamət üzrə qurulub.
 
Birinci istiqamət avadanlıqların modernləşdirilməsi və köhnəlmiş texnoloji sistemlərin yenilənməsidir. Bu, həm texniki avadanlıqların, həm də idarəetmə elementlərinin müasirləşdirilməsini əhatə edir. İkinci istiqamət isə şəbəkənin optimallaşdırılmasıdır. Burada məqsəd ölkə üzrə su infrastrukturuna aid obyektlər arasında daha səmərəli qarşılıqlı fəaliyyət mexanizminin yaradılmasıdır ki, onlar vahid və koordinasiyalı sistem kimi fəaliyyət göstərə bilsinlər".
 
Избранный
3
4
moderator.az

5Источники