RU

İranın DÇ-2026 üçün yekun heyəti bilindi

İran millisinin baş məşqçisi Əmir Qalenoyi 2026-cı il dünya çempionatı üçün yekun heyəti açıqlayıb. 

Fanat.Az xəbər verir ki, gözlənildiyi kimi, yarımmüdafiəçi Sərdar Azmun heyətə daxil edilməyib. 

Ulduz oyunçu BƏƏ baş naziri ilə şəklini paylaşdıqdan sonra rəğbətdən düşüb. İran və ABŞ arasında baş verən son münaqişədə BƏƏ-nin amerikalıların tərəfini tutması iranlılarla diplomatik münasibətlərin kəsilməsinə səbəb olub. 

Tam heyəti aşağıdakı kimidir: 

Qapıçılar: Əlirza Beyranvand (Traktor), Hüseyn Hüseyni (Sepahan), Payam Niazmand (Persepolis). 

Müdafiəçilər: Danial Eyri (Malavan), Ehsan Hacsafi (Sepahan), Saleh Hardani (İstiqlal), Hüseyn Kanaani (Persepolis), Şoca Xəlilzadə (Traktor), Milad Məhəmmədi (Persepolis), Əli Neməti (Fulad), Omid Nurafkan (Fulad), Ramin Rezaian (Fulad). 

Yarımmüdafiəçilər: Ruzbeh Çeşmi (İstqiqlal), Səid Ezatolahi (Şabab Əl-Əhli), Mehdi Qaedi (Ən-Nəsr), Saman Qoddos (Kalba), Məhəmməd Qurbani (Əl-Vahda), Əlirza Cahanbaxş (Dender), Məhəmməd Mohebi (Rostov), ​​Amir Məhəmməd Razzaqaniya (İstiqlal), Mehdi Torabi (Traktor), Ariya Yusefi (Sepahan). 

Hücumçular: Əli Əlipur (Persepolis), Dennis Dərgahi (Standart Lyoj), Əmirhüseyn Hüseynzadə (Traktor), Şəhriyar Moqanlu (Kalba), Mehdi Taremi (Olimpiakos). 

İran millisi G qrupunda mübarizə aparacaq və Yeni Zelandiya, Belçika və Misirlə qarşılaşacaq.

Избранный
14
fanat.az

1Источники