RU

Rza Cəfərov və Sambu Sissoko “Qəbələ”ni tərk etdilər – ARENA.AZ

Azərbaycan Premyer Liqasındakı yerini çətinliklə qorumuş “Qəbələ” daha iki futbolçu – Rza Cəfərov və Sambu Sissoko ilə də yollarını ayırıb.

Arena.az bu barədə əyalət klubunun rəsmi saytına istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, hər iki futbolçunun icarə müqaviləsinin müddəti başa çatıb. Onlar məxsus olduqları klublarına qayıdıblar.

Xatırladaq ki, Rza Cəfərov “Neftçi”dən, Sissoko isə Fransanın “Valansyen” klubundan 2025/2026-cı illər mövsümünün sonuna qədər icarəyə götürülmüşdü. 22 yaşlı qapıçı bu komandanın heyətində 9 oyuna çıxıb, 15 qol buraxıb, 2 matçda qapısını toxunulmaz saxlayıb. Dayaq yarımmüdafiəçisi olan Sissoko isə “Qəbələ”də cəmi 8 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə yadda qalmayıb.

“Qəbələ” daha öncə İbrahim Sanqare, Rüfət Əhmədov və Turan Manafovla da yollarını ayırdığını açıqlamışdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin:
Избранный
4
7
arena.az

10Источники