“Son həftədə müraciətlərin böyük hissəsi dolu və fırtına-qasırğa hadisələri ilə bağlı olub. Fond bütün müraciətləri qeydiyyata alır, hadisələrin araşdırılması və zərərin qiymətləndirilməsi üçün bölgələrə aqrar sığorta ekspertləri göndərilir. Hazırda ekspertlər təsərrüfatlara və əkin sahələrinə dəyən zərərlərin qiymətləndirilməsini həyata keçirirlər. Zərərin həcmi və hadisənin xarakterindən asılı olaraq fermerlərə sığorta ödənişi veriləcək. Müraciət daxil olduqdan sonra 5-7 gün ərzində əraziyə aqrar sığorta eksperti göndərilir. Ekspert hadisənin baş verib-vermədiyini, səbəbini və zərərin ilkin həcmini müəyyənləşdirir. Əkinin tam məhv olduğu təsdiqlənərsə, ödəniş prosesinə başlanılır. Qismən zərər halında isə məhsul yığımına 5 gün qalmış ekspert sahəyə yenidən baxış keçirir, yekun zərəri qiymətləndirir və buna uyğun sığorta ödənişi həyata keçirilir. Aqrar sığorta əkin sahələrini dolu, sel, fırtına, leysan, qar, torpaq sürüşməsi, yanğın, vəhşi heyvanların hücumu və digər risklərdən qoruyur. Fermerlərə dəstək məqsədilə sığorta haqqının 50 faizi dövlət tərəfindən ödənilir. 1000 manat məhsul gözlənilən 1 hektar buğda və ya arpa sahəsinin sığortalanması ölkənin əksər bölgələrində 6,65-10,8 manat arasında dəyişir”.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта