RU

Trampın planı dalana dirəndi: İran ABŞ-ın təklifinə cavab vermədi

İran hələ ki, ABŞ tərəfindən təqdim olunan qarşılıqlı anlaşma memorandumu layihəsinə yekun cavab verməyib.

Publika.az xəbər verir ki, bu barədə İranın Mehr agentliyi məlumat yayıb.

Məlumata görə, Tehran tarixi etimadsızlıq və Vaşinqtonun öhdəliklərinə əməl edib-etməyəcəyi ilə bağlı narahatlıqlar səbəbindən sənədin şərtlərini ehtiyatla araşdırır. Danışıqlar qrupuna yaxın mənbə bildirib ki, İran istənilən razılaşmadan real və hissolunan faydalar əldə etmək niyyətindədir.

Təklif olunan memorandumda 60 günlük atəşkəs rejiminin tətbiqi və Hörmüz boğazında gəmiçiliyin bərpası nəzərdə tutulur. Sənəd çərçivəsində İranın nüvə proqramı üzrə danışıqların yenidən başlanması və bəzi sanksiyaların ləğvi məsələsinin müzakirəsi də planlaşdırılır.

Bununla belə, ekspertlər qeyd edirlər ki, tərəflərin keçmişdəki uğursuz təcrübələri səbəbindən razılaşmanın əldə olunması prosesi çətin gedir.

Избранный
28
49
publika.az

10Источники