RU

Əkizlərini itirən aparıcı yenidən ANA OLDU

Aparıcı Aynur Sevgi həyatının ən sevincli günlərindən birini yaşayıb.

Publika.az xəbər verir ki, ARB televiziyasının tanınmış siması sosial şəbəkə hesabında paylaşım edərək yenidən ana olduğunu açıqlayıb. O, sevincini izləyiciləri ilə bölüşərək duyğusal sözlər yazıb.

Aynur paylaşımında uzun və çətin bir yolun sonunda övladını qucağına aldığını bildirərək, körpəsini həyatının ən böyük xoşbəxtliklərindən biri adlandırıb.

Xəbər sosial şəbəkələrdə böyük maraqla qarşılanıb. İzləyicilər aparıcını təbrik edərək ona və ailəsinə xoş arzularını çatdırıblar.

Избранный
9
2
publika.az

3Источники