Yeni çəkilən su xəttinin şəbəkəyə birləşdirilməsi işləri ilə əlaqədar iyunun 2-də gecə saatlarından iyunun 4-ü günorta saatlarınadək Qaradağ rayonu Lökbatan qəsəbəsinə suyun verilməsində fasilə yaranacaq.
Pravda.az-ın xəbərinə görə, bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti məlumat yayıb.
“Anlayışla qarşıladıqlarına görə abonentlərə minnətdarlığımızı bildiririk”, - məlumatda qeyd olunub.
Tarix: 2 İyun 2026, 14:31