Bir müddət öncə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri Xatirə Quliyeva ilə həmin qurumun Baş elmi işçisi Aydın Əlizadə arasında başlayan məhkəmə çəkişməsində yeni gəlişmə yaşanıb.
Xitab24.az-ın əldə etdiyi məlumata görə, 2024-cü ildə fəlsəfə doktorları arasında başlayan məhkəmə çəkişməsindən Xatirə Quliyeva qalib kimi ayrılıb.
Məsələ burasındadır ki, iki il öncə onların hər ikisi bir-birini xüsusi ittiham qaydasında məhkəməyə vermişdi. Lakin ilk əvvəl iş icraata götürlməyib. Bundan sonra isə Xatirə Quliyeva apellyasiya şikayəti verib və işə yenidən Səbail Rayon Məhkəməsində baxılmasına dair qərar çıxarılmasına nail olub.
Yenidən Səbail Rayon Məhkəməsində keçirilən prosesdə Xatirə Quliyeva istəyinə çatıb. Məhkəmə Aydın Əlizadəni Cinayət Məcəlləsinin 148-ci maddəsi (təhqir) ilə təqsirli bilərək onu 1200 manat miqdarında cərimə cəzasına məhkum edib. Məhkəmə Xatirə Quliyevanın Aydın Əlizadəni ittiham etdiyi CM-nin 147.2 (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi üzrə isə ona bəraət verib.
1200 manat cərimələnməsindən narazı qalan Aydın Əlizadə kassasiya şikayət verib. Fəlsədə doktoru bildirib ki, onun feysbyukda yazdıqları Xatirə Quliyevanın onu təhqir edən, iş yerində və kütləvi informasiya vasitələrində sistemli şəkildə şərəf və ləyaqətini alçaldan iftiralarına cavab olaraq yazıb.
Aydın Əlizadənin kassasiya şikayəti təmin edilməyib və qərar dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, A.Əlizadə X.Quliyevanı saxtakarlıqla professor adını almaqda və digər məsələlərdə ittiham edib.
"Cebheinfo.az"