Serjio Konseysao gözlənilən aqibətlə üzləşib.
"Football-plus.az" xəbər verir ki, “Əl-İttihad” baş məşqçi ilə yolları ayırıb.
51 yaşlı portuqaliyalı mütəxəssis komandaya 2025-ci ilin oktyabrından rəhbərlik edirdi. Onun artıq keçmiş komandası yenicə sona çatan mövsümdə Səudiyyə Ərəbistanı çempionatını 5-ci yerdə başa vurub, Kral Kubokunda yarımfinala, Asiya Çempionlar Liqasında isə 1/4 finala qədər irəliləyib.
“Əl-İttihad” rəhbərliyinin yaxın günlərdə yeni baş məşqçi ilə bağlı qərarını açıqlaması gözlənilir.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта