RU

"El Nino" təhlükəsi yaxınlaşır: Dünya üçün təcili xəbərdarlıq

2026-cı ilin iyun-avqust aylarında “El Nino” iqlim hadisəsinin baş vermə ehtimalı 80 faizdir.

Publika.az xəbər verir ki, bu barədə Dünya Meteorologiya Təşkilatı (WMO) xəbərdarlıq yayıb.

Bildirilib ki, bu proses noyabr ayına qədər davam edə bilər.

Hesabata görə, tropik Sakit okeanda qeyri-adi isti su kütlələrinin təsiri ilə formalaşan “El Nino” qarşıdakı aylarda quraqlıq, güclü yağıntılar və isti hava dalğalarının riskini artıracaq.

BMT-nin Baş katibi Antonio Quterreş ölkələri bununla bağlı təcili iqlim tədbirləri görməyə çağırıb.

Избранный
77
publika.az

1Источники