RU

Bu ölkədə güclü zəlzələ oldu

İtaliyanın cənub-qərbində yerləşən Kalabriya bölgəsi sahillərində gecə saatlarında 6,2 bal gücündə zəlzələ qeydə alınıb.

"Cebheinfo.az" xəbər verir ki, İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutunun (INGV) yaydığı məlumata görə, zəlzələ yerli vaxtla saat 00:12 radələrində Kalabriya bölgəsindən təxminən 40 kilometr aralıda baş verib.

6,2 bal gücündə olan yeraltı təkanlar 250 kilometr dərinlikdə qeydə alınıb.Bildirilib ki, güclü zəlzələdən sonra aparılan ilkin araşdırmalar nəticəsində can və ya maddi itki qeydə alınmayıb.

Bununla belə, Kalabriya, Siciliya və Pulya bölgələrinin sakinləri arasında narahatlıq yaranıb.

Bundan əlavə, İtaliyanın Neapol şəhəri yaxınlığında yerləşən və yüksək seysmik risk daşıyan Kampi Fleqrei vulkanik zonasında günorta saatlarında 4,6 bal gücündə daha bir zəlzələ baş verib.

Həmin yeraltı təkanlar da yerli əhali arasında narahatlığa səbəb olub.

Избранный
28
cebheinfo.az

1Источники