RU

"Almaniyanın ən yaxşı illəri hələ qabaqdadır" - Merz

Almaniya kansleri Fridrix Merz mövcud iqtisadi çətinliklərə baxmayaraq, ölkənin qarşıda "çox yaxşı illəri" olduğuna əminliyini ifadə edib. 

"Unikal" xəbər verir ki, Brandenburqda keçirilən Şərqi Almaniya İqtisadi Forumunda çıxış edən Merz, Almaniyanın gələcəyi ilə bağlı bədbinliyə və ya tutqun proqnozlara heç bir səbəb görmədiyini söyləyib. 

Kansler bildirib ki, "Ölkəmiz üçün ən yaxşı dövrlər qarşıdadır".

O, həmçinin siyasi qüvvələri partiyalararası fikir ayrılıqlarını kənara qoymağa və ölkənin və Avropanın gələcəyi üçün birgə işləməyə diqqət yetirməyə çağırıb.

Избранный
25
1
unikal.az

2Источники