RU

Sabahdan iki marşrut xəttinin avtobusları YENİLƏNİR

İyunun 3-də Bakıda 107 və 107A nömrəli marşrutlar üzrə sərnişinlərə müasir avtobuslar xidmət göstərəcək.

Bizim.Media bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
 

Məlumata görə, 107 nömrəli marşrut Buzovna qəsəbəsi - "Koroğlu" NMM 107A nömrəli marşrut isə Maştağa qəsəbəsi - "Koroğlu" NMM istiqamətində fəaliyyət göstərir.


Marşrut xətləri üzrə gediş haqqı 0,65 manatdır.

Bizim.Media

Избранный
25
6
bizim.media

10Источники