Sabah altı rayonda qaz olmayacaq.
Bizim.Media xəbər verir ki, bu barədə "Azəriqaz" məlumat yayıb.
Bildirilib ki, iyunun 3-ü saat 10:00-dan etibarən Qəbələ rayonunun Nohurqışlaq, Tüntül, Yengicə kəndləri,Vəndam qəsəbəsi, Daşkəsən, Sabirabad rayonu, Şirvan şəhəri, Balakən rayonunun Mazımqara və Poçtbinə, həmçinin Şəkinin Vərəzət kəndində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Təmir işləri başa çatdıqdan sonra qaz təchizatı bərpa ediləcək.
Bizim.Media