RU

Rövşən Nəcəf Stiv Qassen ilə görüşüb

Yazını böyüt
Yazını kiçilt

Bakı Enerji Həftəsi çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəf SLB şirkətinin icraçı vitse-prezidenti Stiv Qassen ilə görüşüb.

Qurumdan hafta.az-a verilən məlumata görə, görüşdə Bakı Enerji Həftəsinin beynəlxalq enerji məsələlərinin müzakirəsi, əməkdaşlıqların qurulması və inkişafı, eləcə də müasir texnoloji yeniliklərin təqdimatı, təcrübə mübadilələrinin aparılması baxımından mühüm platformaya çevrildiyi məmnunluqla qeyd olunub.

Söhbət zamanı SOCAR ilə SLB arasında əməkdaşlığın inkişafı, birgə layihələrin həyata keçirilməsi imkanları, rəqəmsallaşma, hasilat əməliyyatlarının optimallaşdırılması, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Избранный
13
7
hafta.az

8Источники