RU

Ərdoğan Niderlandın Baş naziri ilə telefon danışığı aparıb

BAKI, 2 iyun. TELEQRAF

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Niderlandın Baş naziri Rob Yetten ilə telefon danışığı aparıb.

Teleqraf xəbər verir ki, liderlər Türkiyə-Niderland ikitərəfli münasibətlərini, həmçinin regional və qlobal məsələləri müzakirə ediblər.

Prezident Ərdoğan görüş zamanı Rob Yetteni yeni vəzifəsi münasibətilə təbrik edərək, Niderlandla yeni dövrdə də dialoq və əməkdaşlığı gücləndirməyi hədəflədiklərini bildirib.

Ərdoğan vurğulayıb ki, Türkiyə regiondakı münaqişələrin sona çatdırılması istiqamətində intensiv fəaliyyət göstərir.

"Geosiyasi inkişaf Türkiyə-Avropa İttifaqı münasibətlərinin daha əhatəli, institusional və çoxşaxəli tərəfdaşlıq çərçivəsində nəzərdən keçirilməsinin vacibliyini ortaya qoyur" - Ərdoğan qeyd edib.

Prezident Qəzza və İordan çayının qərb sahilində baş verən hadisələrə də diqqət çəkərək, bölgədə davamlı sülhün təmin olunmasına yönəlmiş səylərə Niderlandın dəstəyinin mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Избранный
30
teleqraf.com

1Источники