RU

Zatulindən Ermənistan AÇIQLAMASI

"Ermənistan hökuməti Avropa İttifaqına (Aİ) üzvlüklə bağlı qanun qəbul edərək Rusiya ilə münasibətləri kəsməyə doğru gedir".

Publika.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulin "Vesti" informasiya sisteminə müsahibəsində bildirib.

Zatulinin fikrincə, bu qərar Ermənistan cəmiyyətində Aİ-ni "işıqlı gələcək" kimi formalaşdırmağa yönəlib. O qeyd edib ki, ölkəni dəstəkləyən Avrasiya İqtisadi İttifaqı ilə əlaqələr isə tədricən keçmişdə qalır. Parlamentari vurğulayıb ki, Avropa İttifaqından rəsmi dəvət olmamasına baxmayaraq, Ermənistan hökuməti ötən il üzvlük prosesinə başlamaq barədə qanun qəbul edib.

Deputatın sözlərinə görə, bu addım cəmiyyətdə Avropa İttifaqının Ermənistan üçün arzuolunan və perspektivli istiqamət olduğu barədə təsəvvür yaradır. Eyni zamanda, o, ölkənin mövcudluğunu və inkişafını təmin edən Rusiya və Avrasiya İttifaqı ilə əlaqələrin köhnəlmiş kimi qəbul edilməyə başlandığını deyib.

Избранный
21
publika.az

1Источники