ain.az bildirir, Cebheinfo saytına əsaslanaraq.
İtaliyanın "Udineze" klubu Nikolo Zanyolonun transfer hüquqlarını "Qalatasaray"dan almaq qərarına gəlib.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə tanınmış futbol insayderi Fabritsio Romano məlumat yayıb.
Məlumata əsasən, İtaliya klubunun rəhbərliyi bu transferin reallaşacağına əmindir və prosesin yekunlaşması üçün yalnız bir neçə gün qalıb.
Bildirilib ki, "Udineze" Zanyolonu komandada saxlamaq niyyətindədir, lakin futbolçunun gələcəyi ona ediləcək mümkün transfer təkliflərindən asılı olacaq.
Qeyd edək ki, "Qalatasaray"ın italiyalı yarımmüdafiəçisi ötən sezonu icarə əsasında "Udineze" klubunda keçirib.
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.