RU

Vəkil Fərhad Mehdiyev: AYNA nın yeni yol xətləri sürücülər üçün təhlükə yaradır

ain.az, Gununsesi portalına istinadən məlumat verir.

Şəhər yollarında AYNA tərəfindən tətbiq olunan yeni yol xətləri sürücülər arasında ciddi müzakirələrə səbəb olub.

Ekspertlər və avtomobil sürücüləri nişanlandırmanın diqqəti yayındırdığını və hərəkət təhlükəsizliyinə mənfi təsir göstərdiyini bildirirlər.

Xüsusilə dörd zolaqlı yollarda sürücülərin düzgün zolağı tutmaqda çətinlik çəkdiyi, bəzi hallarda isə qəza riskinin artdığı vurğulanır.

Mütəxəssislər və sürücülər, yol xətlərinin yalnız yerdə deyil, həm də yolda yerləşən lövhələr vasitəsilə daha aydın göstərilməsinin vacibliyini qeyd edir, bunun sürücülərin hərəkətini daha rahat və təhlükəsiz edəcəyini bildirirlər.

Vəkil Fərhad Mehdiyev də AYNA-nın şəhərdə tətbiq etdiyi yeni yol xətlərinə ciddi etirazlarını bildirib.

Gununsesi.info-ya danışan vəkil qeyd edir ki, “labirint” tipli xətlər sürücülərin diqqətini yoldan alaraq təhlükəli vəziyyətlər yaradır.

Mehdiyev xüsusilə Bakıxanov küçəsindən Tbilisi prospektinə çıxan sürücülərin vəziyyətini nümunə göstərir.

Onun sözlərinə görə, sürücü doğru zolağı tutmağa çalışarkən həm digər avtomobillərə yol verməli olur, həm də sarı xət üzərində dayanmaq məcburiyyətində qalır ki, bu da qəza riskini artırır.

Vəkil həmçinin AYNA-nın xətlərin standartlara uyğun çəkildiyini iddia etməsinə qarşı çıxır və təklif edir ki, zolaqların istiqamətini yalnız yerdə deyil, həm də yolun yuxarı hissəsindəki lövhələrdə göstərmək lazımdır.

Mehdiyev bildirir ki, xüsusilə dörd zolaqlı yollarda mövcud nişanlandırma sürücülərin hərəkətini düzgün istiqamətləndirmir. Məsələn, Tbilisi prospektindən 20 Yanvara doğru gedərkən, sol tərəfdəki iki zolaqdan yalnız düzünə, sağ tərəfdəki zolaqlardan isə yalnız sağa getmək mümkün olur ki, bu da tıxanıqlığa səbəb olur.

O, eyni zamanda AYNA-nın rəhbəri Anar Rzayevin yol hərəkətinin təşkili sahəsində ixtisasını və siyasətini də tənqid edir.

Mehdiyev hesab edir ki, aparılan siyasət avtomobil sürmə mədəniyyətini azaltmağa yönəlir və Prezidentin vətəndaş firavanlığı siyasətinə ziddiyyət təşkil edir.

O, həmçinin Həsən Əliyev küçəsi ilə Tbilisi prospektinin kəsişməsindəki yeni xətlər və svetoforların vəziyyəti barədə də narazılığını ifadə edib.

Mehdiyev vurğulayıb ki, həmin yerdə körpü kompleksinin tikintisi daha ciddi və effektiv həll olar.

“Bu gün 78 yaşlı anamı avtovoqzal kompleksinin “cib” yolunda endirdim. Təxminən 15-20 saniyə dayanmışdım və həmin vaxt cərimə yazıldı. Yolçu endirmək üçün sürət yolunda riskə getmək düzgün deyil”, -deyə o son olaraq qeyd edib.

Elmar

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
36
icma.az

1Источники